Turizm imkanlarımızın dünyada təqdim edilməsi üçün infoturlar vacibdir

 

Vüsal Əliyev: “Azərbaycanda fəaliyyət göstərən hər bir turizm şirkəti ölkəmizin təbliği məqsədilə ayrı-ayrı ölkə nümayəndələrinin infoturunu təşkil etməlidir”

Son dövrlərdə Azərbaycan ilə Macarıstan arasında müxtəlif sahələr üzrə dostluq və əməkdaşlıq münasibətləri inkişaf etməkdədir. Mərkəzi Avropanın bu güclü mövqeyə malik dövləti Azərbaycanla yaxınlaşmaqda, iqtisadiyyat, turizm, mədəniyət sahəsində əlaqələri və işbirliyini gücləndirməkdə olduqca maraqlı görünür. Həmçinin Macarıstanla müəyyən dərəcədə ümumi tarixi bölüşməyimiz və xalqlarımızın tarix baxımından yaxınlığı da bu əlaqələri daha da təbiiləşdirir və əsaslandırır. Bu baxımdan hər iki ölkə arasında son zamanlar turizm sahəsində də ciddi yaxınlaşma hiss olunmaqdadır. Turizm sahəsində qarşılıqlı infoturların həyata keçirilməsi planlaşdırılır. Bu barədə “Palitra”ya müsahibə verən “AtaTravel” MMC-nin direktoru Vüsal Əliyev də qeyd edir ki, Macarıstanın turizm imkanları azərbaycanlı turistlər üçün olduqca cəlbedicidir:

-Öncə qeyd edim ki, Azərbaycan ilə Macarıstan arasında turizm sahəsində əlaqələrin inkişafına töhfə vermək üçün biz bu ölkənin “1000 doroqturoperatoru ilə əməkdaşlığa başlamışıq. Belə ki, 20-26 may tarixlərində “1000 doroqturoperatorunun dəvəti ilə Macarıstanda səfərdə olduq, bu şirkətin rəhbəri ilə görüş keçirdik. Görüş zamanı hər iki ölkənin turizm imkanlarının qarşılıqlı təbliği mövzusunda müzakirələr aparıldı və qarşılıqlı infoturların keçirilməsi barədə razılıq əldə olundu. “1000 doroq” şirkəti 22-28 iyun tarixlərində Azərbayandan gedəcək infotur iştirakçılarının qarşılanması, gəzdirilməsi, qonaqlanması və qidalanması ilə bağlı xərcləri ödəməyə razılıq verib. Eyni ilə, “AtaTravelMMC-nin təşkilatçılığı ilə bu ilin sentyabr ayında Macarıstanın “1000 dorog” və digər tur operatorlarının nümayəndələrinin Azərbaycana səfər etməsi razılaşdırılıb. Səfər çərçivəsində onlar ölkəmizin turizm obyektləri, tarixi abidələri, mətbəxi ilə yaxından tanış ediləcəklər. Məqsəd Azərbaycanı Macarıstan turistlərinə, Macarıstanı isə Azərbaycan turistlərinə tanıdaraq, qarşılıqlı turist axınını artırmaqdır.

- Bir qədər bu cür turların təşkili ilə bağlı ətraflı məlumat verərdiniz.

- Qeyd edim ki, hər bir turoperator müştərisinə tövsiyə etdiyi istirahət bölgəsinə görə məsuliyyət daşıyır. İlk növbədə turist göndəriləcək ərazi ilə turoperator özü tanış olur, xidmətlərin keyfiyyəti ilə yerində maraqlanır. Əmin olduqdan sonra həmin istiqamət turistlərə təklif olunur. Macarıstana gəlincə isə bu ölkə dünyaAvropa səviyyəsində müalicə və istirahət turizmi baxımından xeyli irəlidədir. Birincisi, bu ölkə termal sularla zəngindir. Ölkənin hər bir bölgəsində termal sular mövcudduronlar müalicəvi xüsusiyyətlərinə görə fərqlənirlər. Yəni onlar tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə bir-birindən də fərqli mövqeyə malikdirlər...

- Termal sular və müalicəvi turizmdən başqa, Macarıstan Azərbaycan turistlərini hansı xüsusiyyətlərinə görə cəlb edə bilər?

- Məsələn, macar xalqı, onun mətbəxi ilə Azərbaycan xalqı və mətbəxi arasında oxşarlıqlar mövcuddur. Bu da ondan irəli gəlir ki, macarların tarixi keçmişi türk xalqlarının keçmişi ilə eynidir. Macarıstan tarixdə Avropa hunlarının, daha sonra oraya köçmüş xəzərlərin, həmçinin qıpçaqların vətəninə çevrilib. Bütün bunlar isə Macarıstan əhalisinin kökündə, mədəniyyətində və məişətində öz izlərini buraxıb. Bu da turistlər üçün maarq doğuran məqamlardandır. Həmçinin Macarıstandakı tarixi yerlər də bu baxımdan maraqlıdır. Bundan başqa bu Mərkəzi Avropa ölkəsində qiymətlər olduqca münasibdir, ucuzluqdur. Ona görə də digər bir çox turizm ölkələri ilə müqayisədə Macarıstanda istirahət etmək daha ucuz başa gəlir. Bu baxımdan deyə bilərəm ki, iyunun 18-dən etibarən, Macarıstanın “WizzAirhava yolları şirkəti Bakı-Budapeşt-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlara başlayacaq. Reysin gediş-dönüş qiyməti cəmi 130 manatdır. Eyni zamanda Macarıstanda otellərdə yaşama da ucuz başa gəlir. Ölkənin 5 ulduzlu otellərində günü 200-250 avro civarında bir məbləğə qalmaq mümkündür. Üç ulduzlu otellər isə təbii ki, daha ucuzdur.

-Macarıstana təşkil edəcəyiniz infotur barəsində bir qədər bilgi verərdiniz.

-Artıq “AtaTravel” Macarıstanın kurort zonalarında dincəlmək istəyən 20-dən artıq azərbaycanlı turisti Bakı-Budapeşt-Bakı marşrutu üzrə ilk reys ilə səfərə göndərəcək. Səfər iyunun 22-26-sı arasında gerçəkləşəcək. Səfər çərçivəsində “AtaTravelMMC-nin direktoru Macarıstanın Debrecen Universitetinin Kənd Təsərrüfatı və Tətbiqi İqtisadi Elmlər Mərkəzinin prezidenti professor Janos Nagy ilə də görüşüb. Görüş zamanı azərbaycanlı tələbə və abituriyentlərin bu universitetdə təhsil almaları barədə fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, “AtaTravel” MMC ölkəmizin müvafiq qurumları ilə bu universitet arasında əməkdaşlığın qurulmasını əlaqələndirsin. Qeyd edim ki, Debrecen Universitetinin əsası 1868-ci ildə qoyulub. Hazırda bu universitetdə 30 min tələbə təhsil alır və onların 4 mini xarici tələbələrdir.

-Azərbaycan turizminin təbliğində bu cür infoturların önəmini necə xarakterizə edərdiniz?

-Azərbaycanda fəaliyyət göstərən hər bir turizm şirkəti ölkəmizin təbliği məqsədilə ayrı-ayrı dövlətlərdən turizm şirkətlərinin nümayəndələrinin ölkəmizə infoturunu təşkil etməlidirlər. Bu gün Azərbaycanı dünyada daha yaxşı tanıdılması, turizm imkanlarının təqdim edilməsi üçün bu cür infoturlar da vacibdir. Son illər Azərbaycanın turizm sahəsində müsbət dəyişikliklər baş verib. Bu gün əsas məsələ ölkəmizin təbliğatıdır və turizm sahəmizin dünyada yaxşı bir səviyyədə təqdimatıdır. Müxtəlif ölkələrin turizm şirkətlərinin nümayəndələrinin ölkəmizə info-turunu təşkil edib, onları Azərbaycanın turizm bölgələri və kurortları ilə yerində tanış etmək lazımdır. Məsələn, qeyd edim ki, “AtaTravelin Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindəki tərəfdaş şirkətinin Azərbaycana infoturunu təşkil etmək üçün danışıqlar aparılır. Dubaylılar arasında bir sıra dəri xəstəliklərinin və duzlaşmanın geniş yayıldığı nəzərə alınsa, Naftalan vannaları onlara böyük kömək edə bilər. Qeyd edim ki, “AtaTravelöz vəsaiti hesabına xarici tərəfdaşlarının ölkəmizə infoturunu təşkil edən yeganə şirkətdir. Axırıncı dəfə şirkətin dəvəti ilə mayın 3-dən 8-ə kimi 30-a qədər Rusiya turizm şirkətinin nümayəndələri Bakı-Qəbələ-Naftalan-Gəncə marşrutu üzrə infoturda iştirak etdilər. Bu isə Rusiyadan ölkəmizə turist axınını gücləndirmək üçün çox məqsədəuyğun bir layihə hesab olunur. Əminəm ki, bu cür qarşılıqlı infoturlar Azərbaycana xarici turist axınının daha da güclənməsinə və turizm sahəsinin daha da gəlirli bir sahəyə çevrilməsinə öz töhfəsini verəcək.

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-4 iyun.-S.10.